23.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı filialı 23.05.2022-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif Vəli oğlunun anadan olmasının 64 illiyi ilə əlaqədar "Bu torpağın oğluyam" başlıqlı tədbir keçirdi. İlk öncə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Aynur Abbasova çıxış edərək qeyd etdi ki,Mirzəyev Yusif Vəli oğlu 1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur.Mirzəyev Yusif Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir.Ancaq böyrəklərindəki xəstəliyin şiddətlənməsinə baxmayaraq Yusif "Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir."deyərək yenidən cəbhəyə yollanır.1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olur. Ölümündən sonra, o, Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.Şəmistan Əlizamanlı "İgid əsgər, möhkəm dayan" mahnısını Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edir.Naxçıvan şəhərində şəhidimizin büstü qoyulmuşdur. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.